Ceyhun Hacıbəyli küçəsi 100, AZ1007

Vəkillər üçün növbəti icbari təlim keçirilmişdir

30 sentyabr 2022    381 share share

Vəkillər üçün növbəti icbari təlim keçirilmişdir.
 
Vəkillər Kollegiyası ilə Ədliyyə Akademiyasının birgə əməkdaşlığı çərçivəsində 30 sentyabr 2022-ci il tarixində Vəkillər Kollegiyasının üzvləri üçün onlayn qaydada növbəti icbari təlim keçirilmişdir.
 
“Vəkillərin “Elektron məhkəmə” informasiya sistemindən səmərəli istifadəsi” mövzusu üzrə təşkil edilmiş təlimdə Ədliyyə Nazirliyi İnformasiya-kommunikasiya texnologiyaları idarəsinin Strateji planlaşdırma şöbəsinin böyük məsləhətçisi Nərgiz Murquzova təlimçi qismində iştirak etmişdir.
 
İxtisasartırma təlimində təlimçi tərəfindən iş üzrə elektron qaydada yeni sənədin təqdim edilməsi, ərizə və şikayətlərin elektron qaydada verilməsi, iddia ərizəsinin elektron qaydada verilməsi qaydası, şəxsiyyət vəsiqəsinin nömrəsinin əldə olunması, məhkəmə işləri üzrə çıxarılmış məhkəmə aktlarının icra vəziyyəti barədə məlumatların əldə edilməsi kontekstində müzakilər aparılmışdır.
 
Təlimdə 57 vəkil iştirak etmişdir.